Banner

Muğanlı-İsmayıllı-Qəbələ yolu texniki dərəcələrə uyğun inşa edilmir? - AÇIQLAMA - FOTOLAR

Gündəm 28 Oktyabr 2025 18:45 Oxunub 346
Muğanlı-İsmayıllı-Qəbələ yolu texniki dərəcələrə uyğun inşa edilmir? - AÇIQLAMA - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlıdan sonrakı hissəsində aparılan yenidənqurma işlərinin ikinci texniki dərəcəyə uyğun olmadığı iddia edilib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə müzakirələr aparılıb. İddia olunub ki, bu yol heç bir texniki dərəcələrə və normativlərə uyğun inşa olunmur.

Muğanlı-İsmayıllı-Qəbələ yolu texniki dərəcələrə uyğun inşa edilmir? - İDDİALARA RƏSMİ MÜNASİBƏT

Muğanlı-İsmayıllı-Qəbələ yolu texniki dərəcələrə uyğun inşa edilmir? - İDDİALARA RƏSMİ MÜNASİBƏT

"Ayırıcı zolaq olmadığı üçün yol ikinci dərəcəli adlandırılır. Amma yolboyu mövcud olan bütün obyektlərə giriş-çıxış üçün manevr imkanı verilib. Burada isə problem ondan ibarətdir ki, giriş-çıxış yolları hamısı birbaşa kəsişir və normal olaraq giriş-çıxışlar verilib. Amma bu, geriyə və sola dönməyə icazə verdiyi üçün çox təhlükəlidir. Yolda ortada əks axınları ayıran ayırıcı zolağın olmaması isə bu cür yüksəkintensivlikli yolda qarşılıqlı toqquşma riskini artırır. Bundan əlavə yol çiyni də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) təqdim etdiyi layihədə göstəriləndən ensiz görünür", - deyə iddialarda bildirilib.

Məsələ ilə bağlı AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, hərəkət intensivliyinin göstəriciləri və perspektiv inkişaf proqnozları nəzərə alınmaqla, layihələndirilən yol sahəsi üçün II dərəcəli avtomobil yolu kateqoriyası seçilib.

Muğanlı-İsmayıllı-Qəbələ yolu texniki dərəcələrə uyğun inşa edilmir? - İDDİALARA RƏSMİ MÜNASİBƏT

"Bu kateqoriyaya uyğun olaraq, hərəkət zolaqlarının ümumi sayı 4 ədəd olmaqla (iki istiqamət üzrə hərəsində iki zolaq), hər bir zolağın eni 3.5 metr qəbul edilib.

Yolun keçdiyi ərazinin xüsusiyyətləri nəzərə alınaraq, trasa əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan, meşə zolaqlarından və yaşayış massivlərindən keçdiyi üçün torpaq resurslarının qorunması, ətraf mühitə təsirin minimuma endirilməsi və torpaqdan səmərəli istifadə məqsədilə yol çiyinlərinin eni 1.5 metr müəyyən edilib.

Beləliklə, qəbul edilmiş texniki həllər "Avtomobil yollarının layihələndirilməsi Qaydaları" (SNİP və ya müvafiq milli normativ sənədlərə əsasən) tələblərinə tam cavab verir və yolun istismar təhlükəsizliyini, dayanıqlılığını, həmçinin ətraf ərazilərlə landşaft uyğunluğunu təmin edir", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, ikinci texniki dərəcəyə uyğun qurulan yolun ümumi uzunluğu 85.6 kilometrdir. Yenidənqurma nəticəsində əvvəlki yol 8.8 kilometr qısalacaq. Yolboyu Ağsuçay çayı üzərində asma körpü inşa olunur. Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu tunel və biri asma olmaqla 17 körpü layihələndirilib.

Muğanlı-İsmayıllı-Qəbələ yolu texniki dərəcələrə uyğun inşa edilmir? - İDDİALARA RƏSMİ MÜNASİBƏT

ŞƏRH YAZ
Ad

E-mail

Şərh