Muğanlı-İsmayıllı-Qəbələ yolu və Ağsu dolaylarında SON VƏZİYYƏT

Muğanlı-İsmayıllı-Qəbələ yolu və Ağsu dolaylarında havanın temperaturunun kəskin aşağı düşməsi nəticəsində yollarda buzlaşma əmələ gəlib.
Avtosfer.az xəbər verir ki, bu haqda AZƏRTAC-a 9 nömrəli “Yol İstismarı” MMC-nin istehsalat rəisi Fazil Qasımov məlumat verib.
O bildirib ki, Muğanlı-İsmayıllı-Qəbələ yolunda avtomobillərin hərəkəti üçün gündüz olduğu kimi axşam saatlarında da canlı qüvvə və texnika işləyir. Muğanlı-İsmayıllı, həmçinin Qəbələ istiqamətində yollara texniki duz və qum səpilir, paralel olaraq yolun hərəkət hissəsində olan qar kürünür.
Qeyd edək ki, hazırda bu ərazilərdə havanın temperaturu – 4-5 dərəcə müşahidə olunur. Qar yağmaqda davam edir.
Ağsu dolaylarında da yolların bəzi hissələrində buzlaşma var, lakin hazırda yol hər iki istiqamətdə açıqdır.
4 nömrəli “Magistral Yolların İstismarı” MMC-nin sahə rəisi Eldar İsrafilovun verdiyi məlumata görə, hazırda yollarda təmizləmə işləri fasiləsiz aparılır. Kifayət qədər duz və qum ehtiyatı var. Sahə rəisi sürücülərə mümkün qədər gecə saatlarında yola çıxmamağa tövsiyə edib.
Ağsu dolaylarında havanın temperaturu – 3-4 dərəcədə müşahidə olunur.
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - FOTO
Ağ Şəhərdə metro nə vaxt açılacaq? - VİDEO
Bakı yollarında sol zolaq problemi: Ekspert açıqlama verdi - VİDEO
“Xaliq Faiqoğlu” sərnişinlərini belə sevindirdi - FOTOLAR
Yük avtomobilləri yolu daraldır - Sürücülər narazıdırlar – FOTO - VİDEO
Dubayda çətin vəziyyətdə qalan azərbaycanlılar: "Biletlərin qiyməti 10 dəfə qalxıb"
Məsud Pezeşkian ÜZR İSTƏDİ
Ramazan ayının on yeddinci gününün duası - İmsak və iftar vaxtı
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
ABŞ-İsrail-İran müharibəsinə başqa hansı ölkələr qoşulacaq? – Politoloq AÇIQLADI
Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq










