Muğanlı-İsmayıllı yolunda hərəkət iflic oldu

Ötən gecə İsmayıllı rayonuna yağan güclü qar İsmayıllı-Muğanlı yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı yolunda avtomobillərin hərəkətini iflic edib, gecədən səhərədək bir neçə avtomobil yolda qalıb. Bu yoldakı dolaylarda təhlükəli vəziyyət yarandığı üçün ağır tonnajlı yük avtomobillərinin, sərnişin daşıyan mikroavtobusların və mövsümə hazır olmayan minik avtomobillərinin hərəkəti dayandırılıb. Artıq səhər saatlarından başlayaraq "İsmayıllı Yol İstismar" MMC-nin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, hazırda yolun qardan təmizlənməsi işləri görülür və nəqliyyatın hərəkəti qismən bərpa olunub.
Hazırda dumanlı hava şəraitinin davam etməsi nəticəsində Muğanlı-İsmayıllı yolunda avtomobillərin sürücüləri üçün çətinliklər yaranıb. Bu gün axşam saatlarında yolun buz bağlayacağı gözlənilir, bu məqsədlə qarın təmizlənməsi, yola düz və qumun səpilməsi işləri davam etdirilir.
Qeyd edək ki, ötən gecə İsmayıllı rayonuna 20 santimetr, dağlıq ərazidə yerləşən ucqar kəndlərə isə 25 santimetr hündürlüyündə qar yağıb. İsmayıllı-Lahıc yolunda da nəqliyyatın hərəkətində problemlər yaranıb, bəzi ucqar dağ kəndlərinə gecə saatlarında elektrik verilişi dayanıb.
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA










