Mühafizə polisi sayıqlıq göstərdi

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları soyğunçuluq edən şəxsə qaçıb aradan çıxmağa macal verməyiblər. Belə ki, oktyabrın 18-də saat 9 radələrində “Moskva” ticarət mərkəzində naməlum şəxs bir qadının qulağındakı qızıl sırğasını qoparıb qaçıb. Həmin ərazidə xidmətdə olan Mühafizə Polisinin əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs bir qədər aralıda yaxalanıb və o, şübhəli şəxs qismində saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Hüseynov olduğu məlum olub. Onun üzərinə baxış keçirilən zaman həmin qadına məxsus qızıl sırğa maddi sübut kimi, həmçinin 0,399 qram heroin də aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb.
***
Oktyabrın 18-də saat 8.00 radələrində Sumqayıt şəhərinin 19-cu məhəllə ərazisindəki kafelərdən birinin qarşısından məişət əşyasını oğurlamağa cəhd göstərən şəxs isə Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 4-cü Polis Bölməsinə təhvil verilib. Araşdırmalarla onun şəhər sakini Elşən Mustafayev olduğu məlum olub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyun-avqust ayları ərzində şəhər ərazisində 1 avtomobildən akkumulyator, 1 mağazadan tütün məmulatı və 2 qadının ciblərindən mobil telefonlarını oğurladığı da müəyyən edilib.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












