Mühafizəçi sürücünü təhqir etdi; xəstəxana önündə dava düşdü – ANBAAN VİDEO

Ötən gün paytaxtın Nəsimi rayonundakı xəstəxanalardan birinin önündə dava düşüb.
Avtosfer.az xəbər verir ki, rayonun Eldar Tağızadə küçəsində yerləşən 2 saylı Klinik Psixiatriya Xəstəxanasının önündə vətəndaşla xəstəxananın mühafizəçisi arasında mübahisə yaranıb. Vətəndaş mühafizəçi ilə mübahisə edərkən sosial şəbəkədə canlı yayımda olub.
Videodan da aydın şəkildə görünür ki, mübahisənin səbəbi avtomobili park etməyə şərait yaradılmaması olub. Belə ki, mühafizəçi xəstəxananın önündə maşınını park etməyə çalışan vətəndaşa bildirib ki, ayrılmış ərazi yalnız təcili-tibbi yardım avtomobilləri üçün nəzərdə tutulub, lakin bir neçə dəqiqə sonra həmin ayrılmış hissədə başqa avtomobil park edib. Bundan sonra vətəndaş bunun səbəbini soruşduqda isə mühafizəçi ona avtomobilin xəstəxana işçilərindən birinə aid olduğunu bildirib və “işverənsən” deyə təhqir edib. Vətəndaş da eyni xitabı mühafizəçiyə geri qaytarıb. Daha sonra mühafizəçi vətəndaşı daha ağır ifadələrlə təhqir edib və nəticədə dava düşüb. Avtomobilini park etmək istəyən vətəndaş nalayiq sözlər qarşısında əsəblərini cilovlaya bilməyib və mühafizəçiyə hücum çəkib. Mühafizəçi isə vətəndaşı parklanma üçün yerə qoyulan konusla vurub.
Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinə sorğu göndərdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasından verilən məlumata görə, qeyd edilən konuslar Təcili Tibbi Yardım avtomobillərinin dayanması üçün quraşdırılıb.
“Bu, xəstəxananın fəaliyyətinin funksionallığı, xəstələrin həyatı və sağlamlığının qorunması baxımından vacibdir. Tibbi müəssisələrinin belə zonalarında qanunvericilik tərəfindən xüsusi mühafizə təmin edilib, çünki həyat xilas etmək prioritetdir və vətəndaşlardan da bu qaydalara riayət etməyi xahiş edirik.
Vətəndaşın həmin ərazidə avtomobilinin saxlaması nəticəsində mühafizəçi ilə yaranan mübahisə məhz bu səbəbdən baş verib. Xəstəxana rəhbərliyi vəziyyəti hüquq-mühafizə orqanlarına çatdırıb. Hazırda araşdırma aparılır”.
Səfər
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır










