Mühafizəçilər ekstremallara mane ola bilmədilər - VİDEO

Rusiyalı velosipedçi-ekstremal Aleksandr Nikulin həmkarı İrek Rizayevlə birlikdə Bakıda Heydər Əliyev Mərkəzinin divarlarını fəth etməyə çalışdıqlarının videogörüntülərini internetdə paylaşıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, Nikulin və Rizayev Rusiyada tanınmış idmançılardır və veloidmanın ekstremal növləri üzrə bir sıra yarışın qalibləridir. Özünün qeyri-adi dizaynı və iti bucaqlarının olmaması ilə Bakıdakı Heydər Əliyev Mərkəzi onların diqqətini cəlb edib.
“İrek Rizayevlə mən Bakıdayıq. Bu yaxınlarda Barselonada olmuşduq və deyə bilərik ki, Bakı daha gözəldir, - bunu Nikulin kameraya deyir. – Barselonada “spotlar” (idmanın ekstremal növləri ilə məşğul olmaq üçün yerlər) çox istifadə edilib və bu qədər cəlbedici deyillər”.
Bir neçə o qədər də uğurlu alınmayan cəhddən sonra rayderlərə Mərkəzin əməkdaşı yaxınlaşır və mühafizə xidmətini çağıracağı ilə hədələyir. Lakin ekstremalları bu qorxutmur. Onlar velosipedləri ilə Mərkəzin divarlarına dırmaşmaqda davam edirlər. “Biz inanılmaz “spot”dayıq və indi maksimum proqramımız hər şeyi 15 saniyəyə edib qurtarmaqdır ki, mühafizəçilər gəlib qollarımıza qandal taxmasınlar, - Aleksandr Nikulin davam edir. – Onlar bunu bizə artıq söz veriblər. Buna görə də, ilk cəhddən zirvəni fəth etməliyik”.
Və rusiyalı ekstremallar qarşılarına qoyduqları vəzifənin öhdəsindən gəlirlər. Deyəsən. Bakını da əla əhval-ruhiyyədə tərk ediblər. “Ümumiyyətlə. Bakı çox xoş, gözəl şəhərdir, sadəcə inanılmazdır. O. Rusiyadan uzaqda deyil, amma rusiyalılar anlamırlar ki, burada nələr baş verir. Memarlıq, insan amili və bütün digər anlamlarda bu bir beyin fırtınasıdır”, - idmançı vəcdə gəlir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












