Müharibə olacaq: Türkiyə öncə Zəngəzuru, sonra isə bu əraziləri nəzarətə götürəcək - SENSASİYA

“Azərbaycan və Ermənistan arasında müharibə təhlükəsi həmişə mövcuddur”. Avtosfer.az "Konkret.az"a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Hərbi-Sənaye Komitəsinin keçmiş sədri, “Ayakve” müxalifət hərəkatı Şurasının üzvü Avetik Kerobyan deyib. O qeyd edib ki, bu gün hakimiyyət hər cür bəyanatlar verir, müxtəlif piar kampaniyaları aparır, orduda ciddi islahatların həyata keçirildiyini ictimaiyyətə göstərməyə çalışır: Eyni zamanda çavuş sistemi tətbiq olunur, müxtəlif ölkələrdən müşavirlər gətirilir, irimiqyaslı silah alışı aparılır. Lakin 2020-ci il müharibəsi göstərdi ki, problemi tək ordu həll edə bilməz. Savaş başlayanda təkcə Silahlı Qüvvələr deyil, bütün cəmiyyət dövlətlə birlikdə müharibədə iştirak etməlidir.
“Türklərlə dinc yanaşı yaşamaq o zaman mümkündür ki, Ermənistan həqiqətən müharibəyə hazır olsun. Yalnız bu şərtlə Türkiyə ilə hər cür davamlı birgəyaşayışdan danışmaq olar. Türklər öz niyyətlərində kifayət qədər dürüstdürlər – bunu daim və açıq şəkildə bəyan edirlər. Eyni şey Azərbaycan Respublikasına da aiddir. Bu gün dəhliz məsələsi ilə bağlı müzakirələr aparılır. Ancaq faktiki olaraq Türkiyə əvvəlcə Zəngəzuru, sonra isə Kotaykı, Araqatsotnu və Şirakı nəzarətə almağa çalışacaq. Sonra isə tədricən ölkənin dərinliklərinə doğru irəliləyəcək. Əgər biz xalq olaraq Ermənistanın müdafiəsində iştirak etməyə hazır olmasaq, Türkiyə üçün heç bir maneə qalmayacaq”, – Kerobyan vurğulayıb.
Bu küçədə hərəkət çətinləşib: Sürücülər çuxurlardan qaça bilmir - VİDEO
Vaşinqtondakı çirkin təxribat cəhdinin arxasında kimlər var? - ADLAR AÇIQLANDI - VİDEO
Bu yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Azərbaycanda elektron siqaretlərlə bağlı yeni cərimələr
Kremlin Cənubi Qafqazda gücü zəifləyir; ABŞ region ölkələri ilə əməkdaşlığı artırır - POLİTOLOQ
Bakı metrosunda pik saatlarda YENƏ PROBLEM: Qatarda nasazlıq yarandı, interval xeyli artdı
Binəqədidə kanalizasiya suyu yola axdı; qurum hərəkətə keçdi - FOTO
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
Prezidentin təhlükəsizlik xidməti və ABŞ polisi təxribatın qarşısını belə aldı - VİDEO
Prezident Sülh Şurasının ilk iclasında iştirak edib - FOTOLAR
Kabusa çevrilən yolda ağır qəzaların səbəbi nədir? - DYP-dən AÇIQLAMA - VİDEO










