Müharibədə batan gəmi 76 il sonra tapıldı – FOTO

İkinci dünya müharibəsi zamanı Yaponiya tərəfindən batırılan ABŞ-a aid təyyarə daşıyan gəmi – “USS Lexington”un qalıqları 76 il sonra Mərcan dənizində tapılıb. Oxu.az xəbər verir ki, “Lady Lex” ləqəbli gəmi Kuinslənd əyalətində ortaya çıxıb.
Sahildən 800 kilometr uzaqda, dənizin üç min metr dərinliyində olan qalıqlara “Microsoft”un qurucularından olan milyarder Paul Allen tərəfindən maliyyələşdirilən komanda rast gəlib.
Allen ABC-yə açıqlamasında “Cəsarət və fədakarlıqla ölkəmizə xidmət edən hər kəsə təşəkkür borcluyuq”, - sözlərini işlədib.
“Uss Lexington”dan sağ qurtulan dənizçilərdən Herri Binklinin oğlu və ABŞ Sakit Okean Donanmasının kapitanı Herri Herris qalıqların tapılmasından məmnun olduğunu söyləyib.
Qeyd edək ki, “Lady Lex” İkinci Dünya Müharibəsi zamanı, 8 may 1942-ci ildə vurulub. Gəmi 216 nəfərlik heyət və 35 təyyarə ilə batıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












