Mühəndis təminatı bölmələrinin hazırlığı diqqət mərkəzindədir - FOTO+VİDEO

Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir.
Müdafiə Nazirlyindən bildirilib ki, müasir ümumqoşun döyüşündə mühəndis təminatı manevr bölmələri tərəfindən döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün əlverişli şəraitin yaradılması, onların məhvetmə vasitələrindən qorunması səviyyəsinin yüksəldilməsi, həmçinin düşmənə mühəndis döyüş sursatları ilə itki verilməsi və onun fəaliyyətinin çətinləşdirilməsi məqsədi ilə təşkil edildiyi üçün mühəndis təminatı bölmələrinin şəxsi heyətinin hazırlığının daim yüksək səviyyədə saxlanılmasını tələb edir.
Keçirilən məşğələ, toplantı və təlimlərdə əsas diqqət şəxsi heyətin nəzəri biliklərinin təkmilləşdirilməsi ilə yanaşı, onların döyüş sahəsində fəaliyyət zamanı praktiki vərdişlərinin möhkəmləndirilməsinə, tapşırıqların icrası zamanı yüksək dözümlülük, dəqiqlik, qorxmazlıq və özünəəminlik kimi keyfiyyətlərin aşılanmasına yönəldilir.
Praktiki məşğələlər zamanı düşmənin, ərazinin və obyektlərin mühəndis kəşfiyyatı, mühəndis maneələrinin qurulması və saxlanılması, maneələrdən və dağıntılardan keçidlərin açılması, ərazi və obyektlərin minalardan təmizlənməsi, maskalanma və düşmənin aldadılması kimi tapşırıqların icrası, eləcə də şəxsi heyətin fiziki hazırlığı daim diqqət mərkəzində saxlanılır. Bu məqsəd ilə keçirilən məqbullarda prinsipiallıq əsas meyar olaraq götürülür.
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO










