Mülki məsuliyyətin icbari sığortası üzrə 4 660 318 müqavilə qeydiyyata alınıb

İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 4 660 318 müqavilə qeydiyyata alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan məlumat verilib.
Bildirilir ki, 5 il öncə 16 dekabr tarixində AVSMMİS üzrə icbari sığorta müqavilələrinin Büronun informasiya sistemi vasitəsilə rəsmiləşdirilməsinə başlanılıb. 24 iyun 2011-ci il tarixdə “İcbari sığortalar haqqında” qanun qəbul olunub və 18 oktyabr 2011-ci il tarixdən qüvvəyə minib. Qanuna edilmiş dəyişikliyə əsasən, 16 dekabr 2011-ci il tarixdən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (bundan sonra AVSMMİS) müqavilələrinin İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə bağlanılmasına başlanılıb.
2012-ci ildə sığorta müqaviləsinin bağlanması barədə təsdiqedici və ya inkaredici məlumat almaq üçün 9707 SMS xidməti istifadəyə verilib. 9707 SMS xidməti vasitəsi ilə hər il informasiya sistemindən sığortalılara bağladıqları müqavilə ilə münasibətdə 2 milyona yaxın SMS göndərilir. 5 il ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 4 660 318 müqavilə qeydiyyata alınıb. Qeyd olunan dövr ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 363 319 784 AZN olub. 2012-ci ilin yanvar ayından 2016-cı ilin noyabr ayına qədər 83 205 sığorta tələbi üzrə 107 152 789 AZN məbləğində sığorta ödənişi həyata keçirilib.
Həmçinin 5 il ərzində Büro tərəfindən yol nəqliyyat hadisələrində zərərçəkən şəxslərə 401 kompensasiya tələbi üzrə 1 345 734 AZN məbləğində (2012-ci ildə 5000 manat, 2013-cü ildə 54 392 manat, 2014-cü ildə 253 276 manat, 2015-ci ildə 377 280 manat, 2016-cı il yanvar-noyabr ayları ərzində isə 655 786 manat) kompensasiya ödənişləri həyata keçirilib.
1 noyabr 2016-cı il tarixindən etibarən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılması həyata keçirilib. 2016-cı ilin 1 noyabr-15 dekabr tarixləri ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 96 585 elektron sığorta müqaviləsi qeydiyyata alınıb və bu dövr ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7 794 924.75 AZN olub.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










