Münhendə atışma: 9 ölü - FOTOLAR

Münhendə silahlı insident nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. Bu barədə Münhen polisinin nümayəndəsi bildirib.
***
Münhendə silahlı insident nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Münhen polisinin nümayəndəsi bildirib. “İndiyədək tərəfimizdən 5 ölüm faktı qeydə alınıb”, polis rəsmisi qeyd edib. O, silahlıların kimliyi və motivləri barədə məlumat verməyib. Münhenin “Olympia” ticarət mərkəzində silahlı insident baş verib. İlkin məlumata görə, bir və yaxud bir neçə silahlı ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb. Hadisəni üç nəfərin törətdiyi ehtimal edilir, onların axtarışı istiqamətində əməliyyat davam etdirilir.
***
Polis Münhendə “Olympia” ticarət mərkəzində silahlı insident nəticəsində ölən və yaralıların olduğunu təsdiqləyib. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onların sayı barədə hələ ki, rəsmi məlumat verilmir. İlkin məlumata görə, bir və yaxud bir neçə nəfər ticarət mərkəzinə daxil olaraq ətrafa atəş açıb. Bununla belə şahidlər Münhenin ayrı-ayrı bölgələrində də atəş səslərinin eşidildiyini bildirir.
***
Almaniyanın Münhen şəhərində silahlı insident baş verib. Hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb. Bəzi KİV-lər hadisə nəticəsində 1 nəfərdən 15 nəfərədək insanın öldüyünü bildirir. Hadisə yerində əməliyyatın keçirildiyi qeyd olunur.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI


















