"Müşahidə edilən temperatur oktyabr ayı üçün xarakterik deyil"

“Oktyabrın son günlərində ayrı-ayrı vaxtlarda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub. Belə temperaturun qeydə alınması bu ay üçün xarakterik deyil”. Avtosfer.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, əvvəlki illərdə də oktyabr ayında belə isti hava müşahidə edilib, bu isə iqlim dəyişmələrinin təsiri nəticəsində baş verir.
Direktor müavini vurğulayıb ki, son günlər isti havaların qeydə alınması cənubdan tropik hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə əlaqədardır: “Bu dövrdə ölkə ərazisinə cənub istiqamətindən tropik hava kütlələri daxil olanda belə istilər qeydə alınır. Hava kütlələri ölkə ərazisinə daxil olduqdan sonra 3-5 gün ərzində davam edir və sonradan yerini digər hava kütləsinə verir. Artıq qarşıdakı 3 gün ərzində qərb, şimal-qərb istiqamətdən hava kütlələrinin ölkə ərazisinə daxil olması gözlənilir ki, bunun nəticəsində də havanın temperaturunun 2-3 dərəcə aşağı düşməsi ehtimalı var”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












