Müşfiq Mədətov danışdı - “Şikayətçi deyiləm”

Mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov bıçaqlanması ilə bağlı xəbərlərə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya açıqlama verən Mədətovun sözlərinə görə, bıçaqlanması ilə bağlı yayılan xəbərlər yalandır: “Tamamilə yalan xəbərdir. Əgər bıçaqlansaydım 3 gün polis idarəsində saxlanılmazdım. Məni idarədə qanunsuz olaraq saxladılar. Adı silahlı insidentə qarışan həmin şəxsləri isə heç vaxt tanımamışam. Heç kimdən şikayətçi deyiləm. Münaqişənin söyüş üstündə baş verməsi yalan xəbərdir”.
Qeyd edək ki, mətbuatda Müşfiq Mədətovun bıçaqlanması ilə bağlı xəbərlər yayılıb. Həmin şəxslər, eyni zamanda Səbail RP-nin rəis müavini, polkovnik Orxan Axundzadəni ayağından güllə ilə vurub qaçıblar. Keçirilən əməliyyat zamanı 3 nəfər şübhəli – Kazım Abbasov, Məhəmməd İsmayılov və Emin Həsənov saxlanılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












