Musiqi ilə başlayan, qəhrəmanlıqla bitən ömür: Şəhid Xudayar Yusifzadənin həyat hekayəsi - VİDEO

Azərbaycanın igid oğlu, İkinci Qarabağ müharibəsi zamanı şücaəti ilə yanaşı, məlahətli səsi ilə əsgər yoldaşlarını ruhlandıran şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova onun uşaqlıq illəri və musiqiyə olan sevgisindən danışıb.
Avtosfer.az İTV-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, Xudayarın ailəsi Bərdədə tanınan musiqiçi ailə olub:
"Sovet dövründə ailəmiz musiqi ilə məşğul idi. Demək olar ki, Bərdədə mədəniyyətin qurucularından biri Xudayarın babası - klarnet ifaçısı Yusif kişi olub".
Radə Qurbanova qeyd edib ki, Yusif Qurbanov və Qurbanovlar ailəsi Bərdədə musiqi sahəsində böyük iz qoyublar:
"Xudayar babasının adı ilə Yusifzadə soyadını daşıyır. Yəni Yusifzadələr və Qurbanovlar eyni nəsildəndir. Qardaş-bacı övladlarıdır. Ailədə musiqiçilər çox olublar - biri müğənni, biri skripka ifaçısı, rəhmətlik atası isə məşhur qarmon ifaçısı Müslüm Qurbanov idi".
Şəhidin anası bildirib ki, Xudayar da musiqi təhsili alıb və gənc yaşlarında bu sahədə uğurlar qazanıb:
"Xudayar musiqi məktəbini bitirmişdi. Birinci Muğam Festivalı keçiriləndə Ağcabədidə birinci yerə çıxmışdı. Musiqi karyerası ola bilərdi, amma o, Vətənə xidmət etməyi seçdi. Hərbçi olmaq istəyirdi və bu arzusu üstün gəldi. Amma yenə də ürəyində həm musiqi, həm hərb sevgisi var idi".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bakının iki böyük qəsəbəsini birləşdirən yol tikilir - VİDEO
Sürücülər üçün təhlükə törədən səki - "Nə işıq, nə yol nişanı var" - VİDEO
Bakıda yaşıllıq məhv edilərək yerində restoran tikiləcək? - VİDEO
Yeni Ələt–Astara magistralında qatı duman hərəkəti çətinləşdirib
Avtomobillər buzlu yollarda qəza edir - Qardan sonra fəsadlar - VİDEO
Gecə saatlarında sürət yarışları keçirilən yol - Nə radar var, nə kamera - FOTOLAR
Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? - AÇIQLAMA
Bir mübahisə, onlarla zərərçəkən: "Peşəkar sürücülərin çoxu Avropaya üz tuturlar"
Günay Ağamalı AVP sədri seçildi - YENİLƏNİB
Təyyarə qalmaqalında kritik nöqtə – Putin sözünü niyə tutmadı?
Paytaxtın bu küçələrində tıxac var - SİYAHI











