Mustafayev “Range Rover”lə avtobusun qarşısını kəsdi, sürücünü bıçaqladı - FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində uşaqları daşıyan avtobusun sürücüsü "Range Rover”lə hərəkət edən azərbaycanlı tərəfindən bıçaqlanıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, "Range Rover” sürücüsü ondan irəlidə gedən avtobusun sürücüsünün manevrlərindən qəzəblənib və sürücünü öldürməyi qərara alıb. Nevsk rayonu, Oktyabrsk küçəsi, 63 nömrəli binanın qarşısında "Range Rover” avtobusun qarşısını kəsib, prestijli xarici avtomobilin sürücüsü avtobus sürücüsünü sükan arxasından dartıb çıxarıb və ona bıçaqla iki zərbə endirib. Avtobos məktəbəliləri Peterburqun "Su muzeyi”indən Leninqrad vilayətinin Kirovsk rayonuna geri qaytarırmış. Və azərbaycanlının sürücünü bıçaqlaması məktəblilərin gözü qarşısında baş verib. İnsident zamanı avtobusda Kirovsk şəhərinin 1 nömrəli orta məktəbinin 24 şagirdi olub.
Avtobusun sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onu bıçaqlayan azərbaycanlının kimliyi müəyyən edilib, polis həmin şəxsi axtarır. Məlumata görə "o898mo78” nömrə nişanlı, şabalıdı rəngli "Range Rover” Peterburqun 44 yaşlı sakini Mustafayevə məxsusdur. O, Leninqrad vilayətinin Vıborsk rayonunun Yaşino qəsəbəsind qeydiyyatdadır. Fərdi sahibkarlıqla, bəzi məlumatlara görə yükdaşımalarla məşğuldur, onun adına 20-dən çox aztonnajlı yük avtomobili qeydiyyatdadır. Habelə Mustafayev metal tullantıları və təkrar emal materiallarının ticarəti ilə də məşğuldur. 2009-cu ildə Rusiya vətəndaşlığı alıb və müntəzəm olaraq Azərbaycana uçur.

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












