Müştərini qarət edən taksi sürücüsü tutuldu - FOTO

Bakıda müştərisinə qarşı quldurluq edən taksi sürücüsü saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinə (PB) müraciət edən Abşeron rayon sakini Mətləb Rüstəmov Badamdar qəsəbəsində yerləşən çay evlərindən birindən çıxaraq taksiyə əyləşdiyini və həmin avtomobilin sürücüsü tərəfindən bıçaqla hədələnərək 400 manat pulunun alındığı bildirib. Səbail RPİ 41-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Nemət Mamedov saxlanılıb. Qeyd edilən faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən Nemət Mamedovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Səbail RPİ-nin 41-ci PB-nə müraciət edə bilərlər.
Emin
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY














