Müştəriyə görə adam bıçaqlayan taksi sürücüsü məhkəmədə həbs edildi

Tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəssrət yetirməkdə təqsirləndirilən Nuriyev Elşən Ağadadaş oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən E.Nuriyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs olunub. Qeyd edək ki, E.Nuriyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinir. E.Nuriyev taksi sürücüsü işləyib. Onun bıçaqladığı şəxs də taksi sürücüsü olub. Onlar arasındakı mübahisə isə müştəri üstündə olub. Mübahisə əlbəyaxa davaya çevrilib və E.Nuriyev bıçağa əl atıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












