Müşviqabadda 2 yerüstü piyada keçidinin inşası yekunlaşır - FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsi ərazisindən keçən 23,5-ci və 24,4-cü km-lik hissələrində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə inşa edilən 2 yerüstü piyada keçidində son tamamlanma olaraq üzlənmə işləri aparılır. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, metalkonstruksiyalı və ortadayaqlı keçidlər dəmir-beton özül dayaqlar üzərində qurulub. Üstü bağlı olan keçidlərin hər birinin uzunluğu 38 metr təşkil edir. "Pilləkan hissələr də daxil olmaqla keçidlərin ümumi uzunluğu 55,4 metr, qalereyasının eni isə 3,7 metrdir. Keçidlərin yol səthindən hündürlüyü 5,5 metr təşkil edir. Layihə çərçivəsində piyada keçidlərinin inşasına paralel olaraq ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılması, avtobus dayanacaqlarının qoyulması və sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün xüsusi cibli hissələrin yaradılması, həmçinin zəruri yol nişanlarının quraşdırılması da nəzərdə tutulub. Metal konstruksiyalı yeni yerüstü piyada keçidləri avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da, həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq", - deyə Şirkətdən bildirilib.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















