Naməlum şəxslər avtomobillə prezidentinin iqamətgahına daxil olmağa çalışıblar

Naməlum şəxslər avtomobillə Braziliya prezidentinin respublika paytaxtında yerləşən rəsmi iqamətgahına – Alvorada Sarayına daxil olmağa çalışıblar. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb. Xəbərdə qeyd edilir ki, şahidlər atəş səsləri eşidiblər. Hazırda bina hərbi polis tərəfindən əhatəyə alınıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir. Lakin dövlət başçısı hücum zamanı binada olmayıb. Hələ martın 2-dən prezidentin Alvorada Sarayında yaşamaqdan imtina etdiyi məlum olub. Onda "Globo" xəbər verib ki, Braziliya prezidenti hesab edir ki, malikanə çox böyükdür və ev təsiri bağışlamır. Sonralar siyasətçi "Veja"ya müsahibəsində iqamətgahdan imtinasının səbəbini açıqlayıb və zarafatla ehtimal edib ki, orada "kabus məskən sala bilər".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












