Banner

Nardaran yolunda yararsız vəziyyətdə olan lyuk maşınlara ziyan vurur - VİDEO

Gündəm 2 Sentyabr 2025 19:00 Oxunub 968
Nardaran yolunda yararsız vəziyyətdə olan lyuk maşınlara ziyan vurur - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Pirşağı – Nardaran yolunda təhlükəli vəziyyət yaranıb.
Avtosfer.az xəbər verir ki, ərazinin 21-ci dalanında, “Rahat” marketin qarşısında yerləşən açıq kanalizasiya lyuku sürücü və vətəndaşlara ciddi maneə törədir. 
Belə ki, həmin ərazidə yerləşən və aylarla üzrə örtülməyən lyuk həm piyadalar, həm də sürücülər üçün ciddi təhlükə yaradır.
Sakinlərin sözlərinə görə, bu məsələyə aidiyyəti qurumlar hələ də səssiz qalaraq heç bir tədbir görməyiblər. Sosial şəbəkələrdə paylaşılan videodan da açıq şəkildə görünür ki, maşınların təkərləri düşür və zədələnir. 
Vətəbdaşlar aidiyyəti qurumlardan tələb edirlər ki, məsələ tez bir zamanda həll olunsun və əhalinin həyatına təhlükə yaradan açıq lyuk örtülsün. 


Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh