Nardaranda mədrəsənin bir hissəsi yola görə sökülür - FOTO

Nardaranda kənd camaatı tərəfindən mədrəsə kimi istifadə olunan binanın bir hissəsi sökülüb.
Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, kəndin “Əli meydanı” adlanan ərazisində, Nardaran pirinin qarşısında yerləşən mədrəsənin bir hissəsinin sökülməsinə səbəb yolun genişləndirilməsidir. İkimərtəbəli binanın bir hissəsi iki gün əvvəl sökülüb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli musavat.com-a açıqlamasında bildirib ki, sökülən binanın mədrəsə olması haqda onlarda heç bir məlumat yoxdur: “Adı çəkilən binanın 4 metrlik bir hissəsi sökülüb. Buna səbəb yolun genişləndirilməsidir. Ola bilər ki, həmin binadan kənd sakinləri dini mərasimlərin keçirilməsi üçün istifadə edirmişlər. Ancaq həmin binanın rəsmi olaraq mədrəsə olması haqda heç bir məlumat yoxdur”.
ASC rəsmisi onu da əlavə etdi ki, binanın digər hissəsi sökülməyəcək.
Xatırladaq ki, prezident İlham Əliyev Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Yollarda yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 17,4 milyon manat ayrılıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












