Nardaranda yola görə evləri söküb sakinlərə pul verdilər

Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində sökülən obyektlərə görə 30 nəfərə yaxın qəsəbə sakininə 2 milyon manatadək kompensasiya verilib. Bu barədə "Report"a "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Nəcəfli bildirib. O deyib ki, kompensasiya verilməsinin növbəti mərhələsi Maliyyə Nazirliyinin vəsait ayırmasından sonra davam etdiriləcək: "Hazırda obyekti sökülən sakinlərin sənədləşmə işləri aparılır. Bu müddət ərzində Maliyyə Nazirliyi 7 milyon manat vəsait ayıracaq, həmin pul da mərhələli şəkildə qəsəbə sakinlərinə ödəniləcək".
Qeyd edək ki, Nardaranın Abşeron küçəsində siyahıyaalmada yolun tikintisinə düşən 96 təsərrüfat obyekti qeydə alınıb. Siyahıya alınan 96 təsərrüfat obyektindən 21-i yaşayış evidir. Həmin obyektlərin 1 kv.m-i üçün 100-400 manat məbləğində kompensasiya verilməsi nəzərdə tutulub. Yaşayış evləri üçün 1 kv.m-ə görə 400 manat ödənilir.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












