Narkobaron maşınla qaçdı, polis arxasınca düşdü - Azərbaycanda film kimi olay

Masallı rayonunda polisdən qaçan narkobaron yoxa çıxıb. Yenicag.az-a verilən məlumata görə, Masallı rayonundan olan “Seyfi” ləqəbli Seyfəddin Hüseynov polislərdən qaçaraq Mollaoba kəndindəki çayxanalardan birinə girib. Polis onu orada həbs etmək istəyərkən Seyfəttin Hüseynov avtomobilə əyləşərək həmin ərazidən qaçıb. Bu zaman o, “VAZ 2107” və “Mercedes” markalı maşınları əzib. “Seyfi” ləqəbli şəxs polislərdən yayınmaq üçün Mollaoba kəndinin qəbiristanlığı istiqamətə hərəkət edib. Polislər narkobaronun avtomobilini saxlamaq üçün maşının təkərlərinə atəş açsa da, Seyfəddin Hüseynov polislərdən yayına bilib. Seyfəddin Hüseynovun maşını daha sonra Mollaoba kəndində kanala düşüb, ancaq polis tərəfindən qovalanan şəxs maşından çıxmayıb.
Mollaoba kəndindən verilən məlumata görə, kənddə çoxlu sayda polis cəmləşib. Seyfəddin Hüseynovun axtarışı davam edir.
Əlavə məlumat olduqca diqqətinizə çatdıracağıq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













