Narkomaniya, erkən nikah və narkomaniya bəlası - FOTO

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qızılağac kəndindəyerli bələdiyyə və icra nümayəndələri, pedaqoqların, yuxarı sinif şagirdləri, həmçinin ictimaiyyət nümayəndələri ilə görüş keçirilib. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, görüşdə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” mövzularında ətraflı söhbət aparılıb, dinləyicilərə geniş məlumat verilib.
Əvvəlcə hər üç mövzuda hazırlanmış videoçarxlar nümayiş olunub. Tədbirdə çıxış edən Masallı RPŞ-nın rəisi, polis polkovniki Habil Əmiraslanov qeyd edib ki, narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar.Bu cür görüşlərin keçirilməsində məqsəd məhz cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomaniyanın və narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı problemləri və səbəb olduğu fəsadları şagirdlərə, gənclərə bir daha izah etməkdir.
Həmçinin, erkən nikahın səbəbləri, nəticələri mövzusuna toxunan Masallı RPŞ-nin rəisi H.Əmiraslanov gələcək ailələrin sağlam təməllər üzərində qurulmasının əhəmiyyətindən danışıb, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyini qeyd edib. Tədbirdə dini radikalizmlə bağlı da məlumat verilib və dini əqidənin səhv başa düşülməsinin həm dinin özünə zərər vurduğu, həm də cəmiyyət üçün çox təhlükəli nəticələrə gətirib çıxardığı diqqətə çatdırılıb.
Görüşün sonunda məktəblilərimaraqlandıran suallar cavablandırılıb.
Məhəmməd Rzayev,
polis leytenantı
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"















