“Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli nəticələri”

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərdəki 2 saylı tam orta məktəbdə “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli nəticələri” mövzusunda yuxarı sinif şagirdləri və pedaqoji heyətin iştirakı ilə görüş keçirilib. Tədbirdə ŞRPŞ-nin rəisi, polis polkovniki İslam Hümbətov çıxış edərək ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasından və narkomaniyaya qarşı mübarizədə ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyindən danışıb.
Çıxış edənlər ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində ciddi tədbirlər görüldüyünü, yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə təbliğat işlərinin aparılmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha böyük məsuliyyət düşdüyünü vurğulayıblar. Görüşdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizədə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizədən bəhs olunub.
Tədbirdə bəşəriyyətin düşməni olan və cəmiyyəti məhvə aparan narkomaniyaya qarşı mübarizə tədbirlərinin bu günə qədər olduğu kimi bundan sonra da qətiyyətlə davam etdiriləcəyi, maarifləndirmə işinin genişləndirilməsinin zəruriliyi qeyd olunub.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI



















