Narkotik aludəçiləri üçün niyə cinayət məsuliyyəti nəzərdə tutulmayıb? - AÇIQLAMA

Bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran “ağ ölüm” məsələsi aktual olaraq qalır. Narkotiklərin qanunsuz dövriyyəsi, satışı, qəbulu, bir sözlə narkomanlıq cəmiyyətin ən ağrılı problemlərindən birinə çevrilib. Lakin Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə narkotik vasitədən istifadə və aludəçiliyin cəzası yoxdur. Yəni narkotikin istehlakına görə cinayət məsuliyyəti mövcud deyil.
Maraqlıdır, narkotikin istehlakı cinayət məsuliyyəti daşımırsa, bəs bu maddələrin istehsalı və alqı-satqısı ilə məşğul olanlar niyə cəzalandırılır?
Avtosfer.az xəbər verir ki, hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya bildirib ki, narkotikin istehlakı üçün bizdə cinayət məsuliyyəti yoxdur, əvvəllər də olmayıb:
“Lakin Cinayət Məcəlləsinin 234-cü maddəsində narkotikin əldə olunması, saxlanılması, yayılması halları qeyd olunub. Əvvəllər cinayət axtarış qrupunun üzvləri narkotik istifadəçilərini izləyib üstlərində gəzdirdiklərinə və kimdənsə əldə etdiklərinə dair faktlarla mühakimə edirdilər. Cəzası isə 3 ilə qədər idi. O zamanlar bir sıra mütəxəssislər bildirdi ki, onu özündə saxlayan şəxslər şəxsi istehlak üçün saxlayır”.
Hüquqşünasın sözlərinə görə, istər Azərbaycanda, istərsə də xaricdə bu barədə geniş müzakirələr gedirdi və yekun nəticə belə oldu ki, aludəçiləri həbs etmək yox, müalicə etmək lazımdır:
“Ona görə də, Cinayət Məcəlləsinin 234.1 maddəsi bir az liberallaşdı. Lakin belə oldu ki, əgər kiminsə üstündə narkotik vasitəsi tutulursa, onu birinci dəfə müalicəyə yönəldirlər. Bu hal təkrarlandıqda isə həmin şəxsə artıq real cəza verilir. Dünyanın heç yerində narkotikdən istifadəyə görə cəza yoxdur. Açığı cəza olması çıxış yolu da deyil. Hazırda daimi narkotik aludəçiləri müəyyən olunan kimi, qeydiyyata alınır və kəskinləşdirici halda narkoloji dispanserdə müalicəyə göndərilirlər. Bu özü elə cəzadır. Çünki oradakı rejim də cəzaçəkmə müəssisəsindəki kimidir”.
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










