Narkotik qəbul edən sürücü və sərnişini polisə müqavimət göstərdi - FOTO-VİDEO
Gündəm
28 Mart 2022 17:52

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti profilaktik tədbir zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü və sərnişin müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Hövsan qəsəbəsində Abşeron rayon sakini Şəmistan Mirişlinin idarə etdiyi “Chevrolet” markalı avtomobil manevr qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib. Amma sürücü polislərə tabesizlik göstərərək hərəkətini davam etdirib. Yol polisləri tərəfindən görülən tədbir nəticəsində sürücü saxlanılıb. Daha sonra sürücü və onun yanında olan sərnişin İmişli rayon sakini Elnur Novruzlu polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən yayınmağa çalışıblar. Hər iki şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib.
İlkin sorğu zamanı sürücü və sərnişin narkotik vasitə qəbul etdiklərini bildiriblər. Təyin olunan ekspertizanın nəticəsində Şəmistan Mirişli və Elnur Novruzlunun narkotik vasitənin təsiri altında olduqları məlum olub. Araşdırma zamanı həmçinin Şəmistan Mirişlinin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib. Sürücü və sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Onların törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Oxunub : 840
DİGƏR XƏBƏRLƏR
13 Mart 2026 17:18
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
13 Mart 2026 16:41
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - yeni ünvanlar HARA OLACAQ?
13 Mart 2026 14:48
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
13 Mart 2026 14:44
Bu şəxslər 150 manat cərimələnəcək
13 Mart 2026 13:00
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
13 Mart 2026 11:48
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
13 Mart 2026 10:48
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
13 Mart 2026 00:00
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
12 Mart 2026 21:36
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
12 Mart 2026 21:00
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
12 Mart 2026 19:48
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
12 Mart 2026 18:27
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
ŞƏRH YAZ










