Narkotik vasitə keçirilməsinin qarşısını alınıb - "Qoşa Təpə" gömrük postunda

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilən, sellofana bükülmüş bir ədəd bağlamada təsiredici maddəsinin miqdarı 8 qram təşkil edən 200 həbdən ibarət "metadon" adlı dərman preparatı, sol ayağındakı corabının içərisindən isə 2 ədəd bükümdə xalis çəkisi 4,839 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.
Qeyd edək ki, "metadon" adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin" II Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
Namiq
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












