Nasaz maşınla qəza törədən azərbaycanlı tutulub

Rusiyanın Ufa şəhərində nasaz avtomobil ilə yol qəzasına səbəb olan sürücü məhkum edilib. “Report” xəbər verir ki, bu barədə yerli prokurorluğa istinadən "ToDay News Ufa" nəşri məlumat yayıb. Bildirilir ki, ötən ilin sentyabrında 37 yaşlı Azərbaycan vətəndaşı idarə etdiyi avtomobilin əyləc yastığının olmadığını bildiyi halda sahib olduğu "Cherry"nin sükanı arxasına əyləşib. Nəticədə idarəetməni itirən sürücü əks zolağa çıxıb və burada maşını saxlaya bilmədiyindən qarşıdan gələn "Renault Logan" markalı avtomobil ilə toqquşub. Qəza zamanı "Renault"da olan 5 nəfərdən biri ağır xəsarət alıb. Məhkəmə Azərbaycan Respublikası vətəndaşını 3 il müddətinə sürücülük hüququndan məhrum etmək şərti ilə aylıq gəlirinin 10 faizi tutulmaqla 1 il müddətinə icbari islah işlərinə məhkum edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












