Naxçıvan avtobuslarında da gedişhaqqı artırılıb? – RƏSMİ AÇIQLAMA

Naxçıvanda ictimai nəqliyyatda gedişhaqlarının artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib. Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Naxçıvan Avtomobil Agentliyinin mətbuat xidmətinin rəhbəri Rauf Kəngərli "Bizim.Media"ya açıqlamasında bildirib ki, artım yalnız yeni avtobuslara şamil edilir:
“1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minən yeni tariflər yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, eləcə də elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən, həmçinin Bakıdan kənarda sərnişindaşıma xidməti göstərən və 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil edilir”, - deyə bildirib.
Rauf Kəngərli əlavə edib ki, hazırda Naxçıvan ərazisində gedişhaqları yalnız nağd qaydada həyata keçirildiyindən yeni tariflər Muxtar Respublikanın ərazisində fəaliyyət göstərən avtobus marşrutlarına aid edilmir. Qurum rəsmisi əlavə edib ki, yaxın vaxtlarda Naxçıvana 60 ədəd yeni elektrikli avtobus gətiriləcək və onlar mərhələli şəkildə sərnişindaşıma xidmətinə cəlb olunacaq.
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO










