Naxçıvan-Bakı reysində sərnişinlər niyə 3 saat gözlədi?

Dünən saat 21:00-da Naxçıvan-Bakı reysi ilə uçan sərnişinlər problemlə üzləşiblər. Belə ki, Bakıya enən sərnişinlər hava limanında 3 saat yüklərinin gətirilməsini gözləyiblər. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, sərnişinlərin hava limanında 3 saat gözləməsinə səbəb yüklərinin başqa təyyarə ilə yola salınması olub. Onların sözlərinə görə, bir neçə gündür bu hal yaşanır. Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azərbaycan Hava Yolları (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, hazırda sözügedən reysdə heç bir problem yoxdur: “Ola bilər ki, yük çox olduğu üçün digər təyyarə ilə göndərilib. Konkret olaraq 21:00 reysində problemin nə ilə əlaqədar olduğunu araşdıracağıq. Səbəblər müxtəlif ola bilər. Gün ərzində ən azı 4 dəfə Naxçıvandan Bakıya reyslər həyata keçirilir. Hazırda hər şey qaydasındadır”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












