Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI

Prezident İlham Əliyev avqustun 11-də Naxçıvana səfəri çərçivəsində regionun nəqliyyat imkanlarının genişləndirilməsinin vacibliyinə diqqət çəkib. Dövlət başçısı bildirib ki, Naxçıvan gələcəkdə Azərbaycanın mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilə bilər. O, həmçinin Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə beynəlxalq qurumların maraq göstərdiyini qeyd edib.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev Naxçıvanın nəqliyyat-logistika potensialının artırılmasında dəmir yolu infrastrukturunun xüsusi rol oynadığını vurğulayıb. Dövlət başçısının sözlərinə görə, Naxçıvanın nəqliyyat imkanlarının genişləndirilməsi həm regionun inkişafına, həm də Azərbaycanın beynəlxalq nəqliyyat bağlantılarının gücləndirilməsinə xidmət edə bilər.

Bu baxımdan Naxçıvan Dəmir Yolu Xəttinin Yenidənqurulması Layihəsi xüsusi əhəmiyyət daşıyır. Nəqliyyat eksperti Rauf Ağamirzəyev layihənin əsas texniki göstəricilərini açıqlayıb.
Ekspertin məlumatına görə, əsas dəmir yolu xəttinin uzunluğu 194 kilometr, yan yollarla birlikdə isə 264 kilometr təşkil edir. Layihənin icra müddəti 2025–2029-cu illəri əhatə edir. Podratçı “Azvirt” MMC-dir. Tikinti işlərinin icra faizi hazırda 1 faiz təşkil edir.
Layihə çərçivəsində ümumilikdə 814 mühəndis qurğusunun inşası nəzərdə tutulur. Bunlara 29 körpü, 12 qalereya, 11 yoldəyişdirici, 7 müxtəlif səviyyəli avtomobil keçidi və 755 digər qurğu daxildir.
Dəmir yolu xətti boyunca ümumilikdə 13 stansiya və sərnişin platformasının yaradılması planlaşdırılır. Stansiyalar Sədərək, Şərur, Şahtaxtı, Başbaşı, Naxçıvan, Nehrəm, Culfa, Aza, Ordubad və Salamməlikdə yerləşəcək. Dəstə, Yaycı və Daşarxda isə sərnişin platformalarının yaradılması nəzərdə tutulur.
Marşrut üzrə məsafələrə gəlincə, Sədərək–Şərur sahəsi 16 kilometr, Şərur–Naxçıvan 62 kilometr, Naxçıvan–Culfa 54 kilometr, Ordubad–Salamməlik 7 kilometr təşkil edir. Salamməlikdən İran istiqamətində isə 6 kilometrlik dəmir yolu bağlantısı nəzərdə tutulur.

Rauf Ağamirzəyev bildirib ki, layihənin əhəmiyyəti yalnız Naxçıvanın daxili dəmir yolu şəbəkəsinin yenidən qurulması ilə məhdudlaşmır. Onun sözlərinə görə, yeni infrastruktur Türkiyə və İran istiqamətlərində regional dəmir yolu bağlantılarının inkişafı üçün də baza formalaşdıracaq.
Ekspert qeyd edib ki, Naxçıvanın dəmir yolu şəbəkəsinin yenilənməsi regionun tranzit imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin inkişafı ilə yanaşı, gələcəkdə Türkiyə və İran istiqamətlərində daha geniş regional bağlantıların formalaşmasına imkan yarada bilər.
Beləliklə, Naxçıvan dəmir yolunun yenidən qurulması həm muxtar respublikanın nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, həm də Azərbaycanın regional nəqliyyat-logistika imkanlarının artırılması baxımından strateji əhəmiyyət daşıyan layihələrdən biri kimi qiymətləndirilir.
Eltac Zülfüqaroğlu
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










