Naxçıvan-Məşhəd dəmir yolu reyslərinin sayı artırıla bilər

Ötən ilin sonunda fəaliyyətə başlayan Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət qrafikinin optimallaşdırılması məsələsi nəzərdən keçirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov bildirib.
Onun sözlərinə görə, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarına hər iki ölkənin vətəndaşları tərəfindən maraq var: "Hazırda bu qatar həftədə iki dəfə hərəkət edir. Lakin bu ilin mart ayına qədər reyslərin sayının artırılması imkanlarını nəzərdən keçiririk. Bu istiqamətdə İran tərəfi ilə danışıqlar aparılır. Təkliflər sırasında Naxçıvandan qatarın gec saatlarda çıxması təklifi irəli sürülüb. Belə ki, Bakıdan Naxçıvana təyyarə ilə yola düşən sərnişin Naxçıvanda artıq vaxt sərf etmədən və ya gecələmədən birbaşa qatarla Məşhədə səfər edə bilər".
Xatırladaq ki, dekabrın 29-da Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı hərəkətə başlayıb. Sürət qatarı həftədə iki dəfə (IV və VII günləri) hərəkət edir.
Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə müasir avadanlıqlar quraşdırılıb. Marşrut üzrə sərnişin biletlərini 24 dekabr tarixdən etibarən Naxçıvan və Culfa dəmir yolu stansiyalarında yerləşən kassalardan (hər iki istiqamətdə) əldə etmək olar. Sürət qatarı Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd marşrutu üzrə hərəkət edir.
Naxçıvandan Məşhədə qədər gediş haqqı 40 İsveçrə frankı (təxminən, 70 manat) təşkil edir. Gediş haqqı tarifinə yataq dəstindən istifadənin dəyəri və bütün yığımlar daxildir. Əks-istiqamət üzrə də tariflər eynidir. Tariflər satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə (06.01.2017-ci il tarixinə olan məzənnə - 1,7535 manat) müəyyən edilir.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










