Naxçıvan-Məşhəd qatarı istifadəyə veriləcək

Yaxın gələcəkdə Naxçıvan-Məşhəd qatarı istifadəyə veriləcək. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, bu sözləri İranın Dəmir Yolları İdarəsinin rəsmisi Abbas Hacı Fəthəli yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, bu məsələni fevralda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə Naxçıvanda keçirdiyi görüşdə müzakirə edib və razılıq əldə olunub.
Qeyd etmək lazımdır ki, Naxçıvan-Məşhəd qatarının istifadəyə verilməsi üçün zəruri infrastruktur mövcuddur. Hələ SSRİ dövründə Moskva-Tehran qatarı Naxçıvan Muxtar Respublikasının Culfa rayonundan İran ərazisinə keçərək Təbrizə, oradan isə Tehrana doğru hərəkət edirdi.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 90-cı illərində həmin infrastrukturdan istifadə etməklə Naxçıvan-Təbriz marşrutu ilə qatar istifadəyə verilmiş, insanların gediş-gəlişi intensivləşmiş, ticarət əlaqələri isə genişlənmişdi. Sonralar rentabelli olmadığı üçün Naxçıvan-Təbriz marşrutu fəaliyyətini dayandırdı.
Bu gün Naxçıvanın iqtisadi inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması Naxçıvan-Məşhəd qatar marşrutunun istifadəyə verilməsi üçün imkan yaradıb.
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA










