Naxçıvan sakinləri xeyli sayda silahı polisə təhvil veriblər

Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, mütəmadi aparılan hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər nəticəsində ötən gün vətəndaşlar xeyli sayda silahı polis orqanlarına təhvil veriblər. Belə ki, Sumqayıt şəhər sakini Bəyim Yusifzadə 1 ədəd “Makarov” markalı tapançanı, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini Əfqan Məmmədov, Sədərək kənd sakini Tural Əlizadə, Ordubad şəhər sakini Ümüd Mustafayev, Biləv kənd sakini Xanəli Quliyev, Parağa kənd sakini Əmrah Həmidli tapdıqları nömrələri silinmiş ümumilikdə 4 ədəd “İJ” və 1 ədəd “Ortsan” markalı tüfəngləri, Ağdaş rayon sakinləri Natiq Qasımov, Süleyman Abidov və Mehman Osmanov isə “İJ” markalı 3 tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil veriblər.
Şəmkir rayonunun Keçili kəndi ərazisində polis əməkdaşları tərəfindən 1 ədəd “Karabin” tipli qundağı və lüləsi kəsilmiş tüfəng, 3 ədəd patron darağı və 238 ədəd müxtəlif çaplı patron tapılıb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaroğlan kənd sakini Elməddin Həbilovdan 1 ədəd “İJ-16” markalı tüfəng, Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları isə İmişli rayon sakini Əhməd Hüseynovdan sənədsiz “İJ” markalı ov tüfəngi götürüblər.
Silahlar aidiyyatı üzrə təhvil verilib.
Emin
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?










