Naxçıvanda şəhidə hörmətsizlik: “Zəfər Günündə bayrağın asılmasına belə icazə verilməyib” - VİDEO

Ordubadda şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə icazə verilmir.
Bu barədə Ordubad sakini Elsəvər Vəliyev Baku TV-yə şikayətində bildirib.
O deyib ki, rayonun Düblün kəndində bir il bundan öncə şəhidlərin əziz xatirəsinə abidə tikilməsi üçün icra başçısına müraciəti cavabsız qalıb:
“Ordubad rayonunun icra başçısına şəhidlər üçün abidə tikilməsi ilə bağlı atam müraciət edib. Abidənin eskizini mərhum memar, Prezident təqaüdçüsü İsmayıl İsmayıllı işləyib. Bu layihə onun son işi olub. İcra başçısı abidənin hazırlanması ilə bağlı bizə söz versə də, bir ildir layihə reallaşmır. İndi də müraciətimə imtina cavabı gəlib. Bildirilib ki, rayonda şəhidlər üçün abidə tikmək olmaz.
Qeyd edim ki, bu abidədə 9 şəhid var, onlardan beşi mənim qohumumdur. Şəhidlərdən biri mayor Əliyev Asiman Naxçıvanda kurs rəisi işləyib. Könüllü olaraq Vətən müharibəsinə qatılıb və Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Zəfər Günündə bayrağın asılmasına belə icazə verilməyib”.
Daha ətraflı Baku TV-nin süjetində:
Dövlət Gömrük Komitəsi Elçin Quliyevi CƏRİMƏLƏDİ - İş məhkəməyə DÜŞÜB
Ramazan ayının on səkkizinci gününün duası - İmsak və iftar vaxtı
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - FOTO
Ağ Şəhərdə metro nə vaxt açılacaq? - VİDEO
Bakı yollarında sol zolaq problemi: Ekspert açıqlama verdi - VİDEO
“Xaliq Faiqoğlu” sərnişinlərini belə sevindirdi - FOTOLAR
Yük avtomobilləri yolu daraldır - Sürücülər narazıdırlar – FOTO - VİDEO
Dubayda çətin vəziyyətdə qalan azərbaycanlılar: "Biletlərin qiyməti 10 dəfə qalxıb"
Məsud Pezeşkian ÜZR İSTƏDİ
Ramazan ayının on yeddinci gününün duası - İmsak və iftar vaxtı
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO










