Nazir: “Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşımalarının başlanması vacibdir” - FOTO

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşımalarının başlanması vacibdir.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin Bakıda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşündə bildirilib.
Nazir bildirib ki, bu təşəbbüs təkcə nəqliyyat sektoruna deyil, ümumilikdə Gürcüstan və Azərbaycan arasında iqtisadi və turizm əlaqələrinin güclənməsinə ciddi töhfə verəcək: “Gürcüstan və Azərbaycan strateji tərəfdaş və dost ölkələrdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın inkişafını xüsusi önəmsəyirik. Qara və Xəzər dənizləri arasında yerləşməyimiz bizə Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərində əsas rol oynamaq imkanı verir”.
Görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında nəqliyyat sahəsində mövcud və perspektiv əməkdaşlıq məsələlərini, həmçinin ikitərəfli və çoxtərəfli formatlarda birgə layihələri müzakirə ediblər. Bildirilib ki, istər avtomobil, istərsə də dəmir yolu ilə yükdaşımaların tariflərində artım müşahidə olunur. Nazirliklər “Orta Dəhliz”in artan əhəmiyyətini, TRASECA və Qara dəniz–Xəzər marşrutları da daxil olmaqla, regiondakı digər nəqliyyat təşəbbüslərini geniş müzakirə ediblər.
M. Kvrivişvili həmçinin Gürcüstanın nəqliyyat infrastrukturunun modernləşdirilməsi və beynəlxalq təcrübəyə uyğun institusional-hüquqi mühitin yaradılması istiqamətində gördüyü işlərdən danışıb: “Gürcüstan regional və beynəlxalq nəqliyyat bazarlarına inteqrasiyanı uğurla davam etdirir və qlobal logistika şəbəkəsindəki rolunu gücləndirir”.
Nazir Gürcüstanda həyata keçirilən bir sıra strateji layihələrə də toxunub. Onlar arasında Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin genişləndirilməsi, 2028–2029-cu illərdə başa çatdırılması planlaşdırılan Anaklia dərin dəniz limanı, eləcə də yeni Tbilisi beynəlxalq hava limanı qeyd olunub. Görüşdə, həmçinin Gürcüstanın texnoloji inkişaf baxımından regional cazibə mərkəzinə çevrilməsinə xidmət edəcək Kutaisi Texnologiya Qovşağı layihəsi də xüsusi diqqətə çatdırılıb.
Tərəflər, eyni zamanda, rabitə, innovasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlığın dərinləşdirilməsini, ortaq təşəbbüslərin reallaşdırılmasını və regionun innovativ potensialının beynəlxalq platformalarda tanıdılmasını da müzakirə ediblər.
Görüşdə Gürcüstan tərəfini iqtisadiyyat nazirinin müavinləri Quram Quramişvili və Gennadi Arveladze, habelə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze təmsil edib.
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ













