Nazir: "Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin ortalarında istismara veriləcək"

Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin ortalarında istismara veriləcək. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Qarsda QHT təmsilçiləri ilə görüşdə bildirib. Ə.Arslan qarlı havaların işləri müəyyən qədər ləngitdiyini söyləyib: “Mart-aprel aylarında gərgin işləməklə dəmir yolunu test mərhələsinə gətirib çıxaracağıq. İnşaallah, çu ilin ortasında da bölgə və bizim üçün önəmli Bakı-Tbilisi-Qars dəmir yolu açılacaq. Qarsda tikilməsi nəzərdə tutulan lojistik mərkəz də Bakı-Tbilisi-Qars dəmir yolunun davamıdır. İkinci mərhələdə İğdır üzərindən Naxçıvana, İrana, Pakistana, hətta Hindistana qədər uzanacaq dəmir yolu layihəsinin həyata keçirilməsini önəmli sayırıq və bunun üzərində çalışırıq ”. Ə.Arslan Türkiyə-Ermənistan sərhədlərinin qapalı olmasına da toxunub: “Əgər Ermənistan işğala son qoyub, Azərbaycanla münasibətlərini normallaşdırarsa, sərhədlər o zaman açılar. Ona görə də hazırda Gürcüstanla sərhəddəki Aktaş sərhəd-keçid məntəqəsi bizim üçün çox önəmlidir. Gürcüstan istiqamətində bir tunelimiz var, onun da inşaatına başlamışıq və ilin ortalarında inşaatı başa çatdıracağıq. Biz Qarsı yollarla ətraf coğrafiya ilə birləşdirəcəyik”.
İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












