Nazir: "BTQ dəmir yolu magistralı Şərq-Qərb körpü rolunu oynayacaq"

"Bakı-Tbilisi-Qars dəmir yolu magistralı Şərqlə Qərb arasında özünəməxsus körpü rolunu oynayacaq". Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Qaxariya deyib. "Türkiyə, Azərbaycan, Gürcüstan bu körpünün əsas iştirakçılarıdır. Layihə üç ölkəni birləşdirir", - nazir bildirib. Onun sözlərinə görə, hər üç tərəf layihənin reallaşdırılmasına töhvə verib, dəmir yolunun yaxın vaxtlarda istismara verilməsi və yük daşınmasının təşkili üçün böyük səy göstərilib. G.Qaxariya qeyd edib ki, layihə tam həyata keçirilməsə, daşımaların tarifləri barədə konkret nə isə demək düzgün olmazdı: "Sınaq qatarlarından sonra demək olar ki, dəmir yolu magistralı, bütövlükdə, 2 mln. tona qədər yük daşıya bilər".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












