Nazir: "Düşməni məhv edəcək PUA-lar sınaqdan keçirilib"

"İsrailin "Aeronautika" şirkəti ilə birgə müəssisə yaratmışıq və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) istehsal edirik". Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov bildirib. Müdafiə sənayesi naziri deyib ki, Türkiyənin "Aselsan" şirkəti ilə bir neçə istiqamətdə danışıqlar aparılır: "Alov" zavodunda servis xidmətinin yaradılması ilə bağlı qərar qəbul edilib. 2018-ci ildə Türkiyənin başqa şirkətləri və digər ölkələrin müvafiq qurumları ilə bir sıra layihələr həyata keçirmək niyyətindəyik. Bu layihələrə əsasən 23 mm-lik snayper tüfəngini yaradıb, silahlanmaya daxil etməliyik. Snayper tüfənginin atış məsafəsi 3000 metr olacaq".
Y.Camalov qeyd edib ki, düşmənin PUA-larını endirmək üçün cihazların hazırlanması istiqamətində işlər gedir: "Eyni zamanda, idarə olunmayan aviasiya bombalarının idarə olunan variantına gətirilməsi ilə bağlı layihələr də həyata keçiriləcək. Habelə kumilyativ başlıqlı pilotsuz uçuş aparatlarının ilkin sınaqlarına başlamışıq. Bu, düşmənin həm canlı qüvvəsini, həm də hərbi texnikasını məhvetmə qabiliyyətinə malik olacaq. Digər tərəfdən, elektro-impulslu silahların yaradılması istiqamətində də bir sıra ölkələrlə danışıqlar gedir və bu işlərin icrasına başlamışıq"
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












