Nazir Əli Həsənovun işdən çıxarılan qaynının yerinə yeni rəis TƏYİN ETDİ
Gündəm
25 Avqust 2021 14:15
Oxunub 1664

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə yeni rəis təyin olunub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Elxan Süleymanlı təyinat alıb.
Nəqliyyatda Baş Polis İdarəsinİN Cinayət Axtarış İdarəsinin sabiq rəisi Cəbrayıl Vəliyev xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə bir müddət öncə işdən çıxarılmışdı. Xatırladaq ki, C.Vəliyev Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun qaynıdır.///unikal
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













