Nazir: "Naxçıvanla Türkiyəni birləşdirəcək dəmir yolunun layihəsi hazırlanıb"

Naxçıvanla Türkiyəni birləşdirəcək dəmir yolunun layihəsi hazırlanıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan İğdıra səfəri zamanı bildirib. Ə.Arslan deyib ki, Qars-İqdır, Dilucu-Naxçıvan dəmir yolu layihələrinin hazırlanması başa çatıb: "Avropadan gələn bir qatarın Qarsdan İğdıra, İğdırdan Naxçıvana, Naxçıvandan Orta Asiyaya getməsi nəzərdə tutulur. Bu dəmir yolu Türkiyəni, Naxçıvanı, Azərbaycanı daha da gücləndirəcək, ticarətin artmasına səbəb olacaq. Rəhmətlik Heydər Əliyev "bir millət, iki dövlət" olduğumuzu bildirib. Ona görə də Qars-İğdır, Dilucu-Naxçıvan dəmir yoluna çox böyük əhəmiyyət veririk. Layihənin hazırlanması başa çatıb, növbədə layihənin icra edilməsidir. Bu məsələ ilə bağlı Azərbaycanla müzakirələr aparırıq".
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












