Banner

Nazir Rəşad Nəbiyev nəqliyyat infrastrukturundan danışdı - VİDEOMÜSAHİBƏ

Gündəm 21 Fevral 2023 16:42 Oxunub 880
Nazir Rəşad Nəbiyev nəqliyyat infrastrukturundan danışdı - VİDEOMÜSAHİBƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın son illər ərzində nəqliyyat sektorunda əldə etdiyi uğurlar dünya səviyyəsiylə ölçüləcək dərəcədə irəliləyir  və yüksəlməkdə olan bu proses dayanmadan davam edir. Avtosfer.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev telejurnalist Mirşahin Ağayevlə 2022-ci ilin yekunu olaraq ümumi nəqliyyat infrastrukturunu əhatə edən mövzular kontekstində həmsöhbət olub.

İlk olaraq münaqişənin ölkəmizə gətirdiyi müsbət istiqamət kimi tranzit potensialının istifadəsindəki 75%-lik artımı vurğulayan Rəşad Nəbiyev onun 70%-nin dəmiryolu, qalan hissəsinin isə avtomobil nəqliyyatı vasitəsilə həyata keçdiyini qeyd edib.

Bu inkişafda münaqişə sonrası əldə olunan qalibiyyətlə yanaşı, ölkənin tranzit və logistika potensialının artırılması istiqamətində yatırdığı investisiyaları da unutmaq olmaz. Cənab Prezidentin qurduğu strategiya əsasında ölkə daxili idxal və ixracın inkişafıyla yanaşı, ölkəmizin tranzit əhəmiyyətli mərkəzə çevrilməsi də danılmazdır. Bu baxımdan son illər ərzində 20 km uzunluğunda  müxtəlif dəmir yollarının çəkilməsi, Azərbaycan Dəmir Yolu infrastrukturuna kifayət qədər investisiyalar yatırılması, Bakı-Tblisi-Qars dəmir yolunun istifadəyə verilməsi önəmli yer tutur. Eyni zamanda prezidentin yaratdığı tranzit şurası da ölkədaxili şirkətlərin marağını cəlb etməklə yanaşı, Azərbaycanın hüdudlarından kənarda da tranzit zəncirinin rolununun artırması istiqamətində fəaliyyətini davam etdirir. Ali Baş Komandan - İlham Əliyevin imzaladığı sərəncama, əsasən ərsəyə gələn Asərbaycan İnvestisiya Holdingi dövlət müəsisələrinin, xüsusilə Azərbaycan Dəmir Yolunun, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və təbii ki, AZAL-ın transformasiyasının baş tutmasında önəmli rol oynayır. İşğaldan sonrakı inkişaf mərhələsinə daxil olan addımlardan biri də, Zəngilan və Füzuli rayonlarında beynəlxalq hava limanlarının istifadəyə verilməsidir. 2022-ci ildə özəlliklə Zəngəzur dəhlizinin inkişafı regionun prioritet mövzusuna çevrildi və dəmir yollarının inkişafı mövzusunda müxtəlif sərəncamlar qəbul edildi. Belə ki, ölkənin ən uzun dəmir yolu olacağı bildirilən Horadiz-Ağbənd xəttinin çəkilməsi keçən ildən başlayaraq tikintisinin böyük qismini tamamlayıb və 2023-2024-cü illərdə layihənin tamamilə başa çatması planlaşdırılıb.

Eyni zamanda avtomobil daşımasına mövzusuna toxunan nazir, Azərbaycanın dənizə çıxışı olmayan ölkə kimi dəmir yolu ilə yanaşı bu sahədə də ciddi addımlar atdığını bildirib. Onun sözlərinə görə, 2021-ci illə müqayisədə 22-ci ildə avtomobil tranzit daşımaları təxminən 2 dəfəyə yaxın artıb. Təbii ki, digər sahələrdə olduğu kimi, avtomobil daşımasında da müəyyən xoşagəlməz halların mövcudluğu olur, lakin bu istiqamətdə də müəyyən tədbirlər planı həyata keçirilir. Bu sahədə xoşagəlməz halların qarşısını almaq məqsədilə Cənab Prezident tərəfindən qarşımıza qoyulan administrativ addımlar nəticəsində bazarın qaydaları yenidən qurulub və şəffaflıq tətbiq edilib.

2021-ci ildə Azərbaycanda sərhədi keçmiş Azərbaycan nömrəli avtomobillərin sayı 2200-idisə, bugün bu avtomobillərin sayı 8500 civarındadır. Bu baxımdan inkişafa təkan verən bir neçə faktoru qeyd etmək lazımdır. İlk olaraq kölgə iqtisadiyyatında fəaliyyət göstərən avtomobillərin artıq şəffaflaşması prosesi getməyə başlayıb. İkinci məqam kimi, artıq beynəlxalq daşımalarda ədalətli qaydaların təcəssümü ilə yerli daşıyıcıların ölkə xarici daşımalara yönəlməsini qeyd etmək lazımdır. Digər məqamın isə pozitiv biznes gözləntilərinə bağlı olduğunu bildirən nazir, sonda çatışmayan icazə blanklarının əvvəllər avtomobil daşımasında maneə yaratdığını vurğulayıb. Əvvəllər ölkəmizə təqdim olunan icazə blankının sayı 3 min olduğu halda, ötən il aparılan danışıqlar nəticəsində Rusiya tərəfi onların 11 min ədədə çatdırılması təmin edib. Bu da öz növbəsində sonuncu vurğulanan məqamın aradan qalxmasına və avtomobil tranziti sahəsində daşımaların sayının çoxalmasına təkan verdi. Son zamanlarda sosial media sferasında taksi şirkətləriylə bağlı şikayətlərə toxunan R.Nəbiyev mövcud vəziyyətin lisenziyaların ləğvinin iqtisadiyyata vurduğu mənfi təsirlə əlaqələndirib. Belə ki, lisenziyaların ləğvi nəticəsində artıq taksi daşıyıcılarının fərqlənmə nişanı alması üçün hər hansı bir tələb qoyulmur. Bu sahədə də ümumi bazar rəqabətilə  bərabər, əhalinin istəklərinin nəzərə alınmasına diqqət olunur. Mövzuya sadəcə birtərəfdən baxmaq və irəli sürülən tələbləri qarşılamaq məqsədəuyğun deyil. Mövzunun həllinə dair fikir bildirərkən o, ümumi olaraq taksi fəaliyyəti daxil, ictimai nəqliyyat marşrutlarının sayı, onların keçdiyi ərazilər, metro stansiyalarının, qovşaqlarının mövcudluğu məsələlərinə mobillik kontekstində baxılmalısını  və dünyada olduğu kimi konkruslar təşkil edilməsini bildirib. Həmçinin əhalinin narazılığına səbəb olan AZAL-ın qiymət artımına da münasibət bildirən nazir, şirkətin xidmət göstəricilərinin qeyd edilən məbləğə uyğun insanlara xidmət göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, şirkətin low coster-lərlə müqayisə olunmasını düzgün yanaşma kimi qəbul etmək olmaz. AZAL-ın premium avia-şirkət olaraq saxlanılması çərçivəsində müəyyən amillərin aradan qaldırılması nəzərdə tutulub. Şirkətlə bağlı keçən il keçirilən diaqnostika zamanı qarşıdan gələn 5 il müddətində uçuş təyyarələrinin yenilənməsi, şəbəkənin optimal qaydada planlaşdırılması, mövcud təyyarələrin maksimum utilizasiyası AZAL-ın rəqabətə davamlı olmasını təmin edəcək.

Xatırladaq ki, ötən il Heydər Əliyev hava limanından dünyanın 56 ölkəsinə uçuşlar təşkil edilib və ölkəmizə uçan şirkətlərin sayında da artım müşahidə olunub.

Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh