Nazir SƏS YAZILARINDAN sonra QƏRAR VERDİ – Şöbə müdiri işdən çıxarıldı

Model, bloqer Çelsi Baxşıyevanı videoları ilə təhdid etdiyi deyilən Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiri Anar Pirməmmədovun vəzifəsindən azad edildiyi bildirilir.
Avtosfer.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov ötən gün A.Pirməmmədovun vəzifəsindən azad edilməsi ilə bağlı əmr imzalayıb.
Bildirək ki, model, bloqer Çelsi Baxşıyeva Oxu.az saytına açıqlamasında sevgilisi Anar Pirməmmədovun ailəli, iki uşaq atası olduğunu əvvəlcədən bilmədiyini, sonradan Pirməmmədov tərəfindən intim videoları ilə təhdid edildiyini deyib. O həmçinin bildirib ki, A.Pirməmmədovun atası Həsrət Pirməmmədov Yasamal Rayon Prokurorluğunda baş ədliyyə müşaviri olun, əmisi İlham Pirməmmədov da keçmiş təhsil nazirinin müşaviri olub. Həsrət Pirməmmədovun adının rüşvət işlərində hallandığı, işdən uzaqlaşdırıldığı barədə məlumatlar var. Qayınanası Mehriban Səmədova İqtisad Universitetinin Gənclik korpusunda kafedra müdiridir. Mehriban Səmədovanın bacısı isə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminalogiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Şəhla Səmədovadır. Bloqer həmçinin iddia edib ki, Həsrət Pirməmmədovun Ramiz Mehdiyevin yaxın adamlarından olduğu, hətta karantin dövründə qızına təşkil etdiyi toyda iştirak etdiyi barədə onda məlumat var. Onda olan materiallar realdır və səsyazıları mövcuddur.
A.Pirməmmədov xidməti avtomobillə ardınca gəlib. Əlavə olaraq məlumat verib ki, Anar Pirməmmədov nazirin birinci müavini Rəfael Mirzəyevin yaxın qohumudur, məsələ ictimailəşsə, işdən çıxarılacaq.
Ramazan ayının üçüncü gününün duası - İmsak və iftar vaxtı
Makron may ayında Ermənistana niyə gedir? - Politoloq səbəbləri AÇIQLADI
Vaşinqtondakı hücumla bağlı araşdırmanın nəticələri Dövlət Departamentinə göndərilib
Sürücülər və turistlər bəzi yollarda azır - Çünki nişanlar ...
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Sərnişin və yük daşımaq üçün yeni sənədlər tələb olunacaq - Sürücülərin nəzərinə!
Minlərlə sürücünün vəsiqəsi əlindən alındı – Deputatdan sərt etiraz
Əməliyyat-axtarış məlumatlarının açıqlanması əməkdaşların həyatına təhlükə yaradır - DİN-in idarə rəisi
Vaşinqtondakı təxribatın detalları açıqlandı - Prezidentin kortejinə...
Bu küçədə hərəkət çətinləşib: Sürücülər çuxurlardan qaça bilmir - VİDEO
Vaşinqtondakı çirkin təxribat cəhdinin arxasında kimlər var? - ADLAR AÇIQLANDI - VİDEO









