Nazir və baş qərargah rəisi əsgərlərlə görüşdü - FOTO

Müdafiə Nazirliyinin (MN) rəhbərliyi Ramazan bayramı münasibətilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov müdafiənin ön xəttindəki mövcud vəziyyətlə, döyüş hazırlığı, döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti ilə maraqlanıblar. Müdafiə naziri əməliyyat şəraiti ilə yaxından tanış olub.
Bayram münasibətilə şəxsi heyəti təbrik edən nazir onların bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadiq qalaraq ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması naminə xidməti borclarını şərəf və vicdanla yerinə yetirəcəklərinə, döyüş hazırlığı səviyyəsinin daha da artırılmasında səylə çalışacaqlarına əminliyini ifadə edərək, hərbi qulluqçulara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətdə uğurlar arzulayıb.
Nazir, eyni zamanda müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib. Sonda əsgərlərlə nahar edilib, ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla çay süfrəsi arxasında söhbət aparılıb.
Emin








Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










