Nazir yanğın təhlükəsizliyi ilə bağlı polisə konkret tapşırıqlar verdi

İşğaldan azad olunan ərazilərdə yanğın təhlükəsizliyi ilə bağlı polisə konkret tapşırıqlar verilib.
Avtosfer.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə iyulun 25-də keçirilən müşavirədə bəhs olunub.
Müşavirədə yay mövsümündə havaların isti və quraq keçməsi fonunda meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığı, buna qarşı profilaktik tədbirlərin intensivləşdirildiyi vurğulanıb.
Aidiyyəti xidmət rəhbərlərinə bölgədə nəzarətin gücləndirilməsi, riskli sahələrdə fasiləsiz monitorinqin aparılması, vətəndaşlar arasında odla ehtiyatsız davranışın doğura biləcəyi təhlükələrlə bağlı davamlı izahat işlərinin həyata keçirilməsi, xidmətin yüksək peşəkarlıqla və əzmlə aparılmasının vacibliyi barədə konkret tapşırıqlar verilib.
Diqqətə çatdırılıb ki, müvafiq ərazilərdə asayişin təmini, əmlak və ekoloji təhlükəsizliyin qorunması, o cümlədən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi sahəsində daxili işlər orqanlarının üzərinə düşən vəzifələr tam icra olunmalıdır.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












