Nazir yol polisinin Qarabağ əlillərinə münasibətindən danışdı

"Dövlət tərəfindən əlillərin, o cümlədən respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş şəxslərin hərtərəfli diqqət və qayğı ilə əhatə olunur, əksəriyyəti nəqliyyat vasitələri ilə təmin edilir, eyni zamanda, yol patrul xidməti əməkdaşları onlara hər zaman xüsusi həssaslıqla yanaşırlar." Avtosfer.az xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 16-da Əlahiddə Çevik Polis Alayında son 5 ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində deyib. O qeyd edib ki, bəzi hallarda yol hərəkəti qaydalarını pozmuş belə sürücülər barəsində tədbir görülərkən törətdikləri inzibati xətaların ağır fəsadlarla nəticələnə biləcəyi, bunun həyat və sağlamlıqları, təhlükəsizliklərinin qorunmasından irəli gəldiyi onlara təmkinlə izah edilməlidir. Nazir əlillərə verilmiş və verilməsi nəzərdə tutulan avtomobillərin dövlət hesabına xüsusi idarəetmə sistemi ilə təchiz olunması məqsədilə hökumət qarşısında vəsatət qaldırılması üçün müvafiq sənəd layihəsinin hazırlanması, həmçinin bu cür avtomaşınları idarə etmək vərdişlərini aşılamaq məqsədi ilə xüsusi təlim kurslarının təşkil edilməsi barədə Baş İdarənin rəisinə tapşırıq verib.
Elmin
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










