Nazirdən şəhərdaxili marşrut avtobuslarının yenilənməsini istəyiblər: Bərdə və Yevlax sakinləri - FOTO

Nəqliyyat naziri Ziya Məmmədov bu gün Yevlaxda qəbul keçirib. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qəbul zamanı Ağdam, Bərdə və Yevlax rayonlarından olan vətəndaşların müraciət, şikayət və təklifləri dinlənilib.
Müraciətlər əsasən Ağdam avtovağzalının yaxınlığında qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi, Yevlax rayonunun Hacıselli-Havarlı-Varvara-Marzılı kəndlərinə əvvəllər işləmiş marşrut xəttinin bərpası və digər məsələlərlə bağlı olub. Həmçinin, Bərdə və Yevlax şəhərdaxili marşrut avtobuslarının yenilənməsinə köməklik göstərilməsi xahiş olunub. Vətəndaşlar Ağdam rayonu ərazisində kiçik tutumlu avtobuslarla sərnişindaşıma fəaliyyətinin yüksək səviyyədə təşkili, Bərdə və Yevlax rayonlarının nəqliyyat-yol kompleksində görülmüş işlərlə əlaqədar minnətdarlıqlarını ifadə ediblər.
Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI



















