Nazirin biznesmen qohumunu öldürüb meşəyə atdılar - ŞOK TƏFƏRRÜAT

Türkiyənin gənclik və idman naziri Çağatay Kılıçın iş adamı olan əmisi oğlunu öldürüb meşəyə atıblar. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, iş adamı Fatih Mehmet Kılıçın meyiti İstanbulda meşəlik ərazidə tapılıb. Polisin araşdırmasına görə, kürəyindən silahla vurulub öldürülən şəxs Türkiyənin gənclik və idman nazirinin yaxın qohumu olub. O, eyni zamanda Türkiyənin ABŞ-dakı səfirinin də qardaşı oğludur. Məlum olub ki, iki uşaq atası biznesmen Fatih Kılıç 700 min türk lirəsinə (təxminən 350 min manat) ev almaq üçün tikinti sahibi ilə görüşməyə gedirmiş. Araşdırmalardan sonra məlum olub ki, öldürülən iş adamı İstanbulda bir ticarət mərkəzinin qarşısında inşaat işləri ilə məşğul olan 34 yaşlı Mətin Ü., və tikinti mühəndisi, 32 yaşlı Salim Ö. ilə görüşüb. Daha sonra hər üç şəxs avtomobilə minərək oradan uzaqlaşıb. Kamera görüntülərindən ortaya çıxıb ki, meyit meşəlik əraziyə Metin Ü., adlı şəxsin maşınından atılıb. Biznesmeni tələyə salaraq öldürdükləri müəyyən edilən Metin adlı şəxs həbs edilib.
Polisdə cinayətin təfərrüatı da məlum olub. Belə ki, maşının arxa oturacağında əyləşən Salim Ö. öndə oturan Fatih Kılıçın kürəyindən tapançayla vurub öldürüb. Salim Ö. hazırda axtarışdadır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF














