Nazirin “NAZ-Lifan” alması ilə bağlı — RƏSMİ AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev nazir Səlim Müslümovun şəxsi istifadəsi üçün “NAZ-Lifan” markalı maşın alması ilə bağlı xəbəri təkzib edib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, E.Babayev bildirib ki, son iki ildə 1933 ədəd “NAZ-Lifan” markalı maşın alınıb və müharibə veteranlarına paylanılıb. Şöbə müdrinin sözlərinə görə, yuxarıda qeyd olunanlardan başqa heç bir avtomobil alınmayıb. “Naxçıvan Avtomobil Zavodundan “Naz-LİFAN” markalı minik avtomobilləri alınıb: “Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamlarına əsasən, son iki il ərzində Naxçıvan Avtomobil Zavodundan 1933 ədəd “Naz-LİFAN” markalı minik avtomobili alınaraq növbədə dayanan müharibə əlillərinin istifadəsinə verilib. Amma nazirlik tərəfindən digər məqsədlər üçün “Naz-LİFAN” markalı minik avtomobili alınmayıb. Yeri gəlmişkən, bu müddətdə hələ bir nəfər belə bu maşınlardan narazılığını bildirməyib", - deyə Elman babayev bildirib.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












